Modern.az

“Onu görəndə qarnım ağrıyır” - Tanınmışlar Azərbaycanda qıcıq yaradan adamlardan DANIŞDILAR

“Onu görəndə qarnım ağrıyır” - Tanınmışlar Azərbaycanda qıcıq yaradan adamlardan DANIŞDILAR

Təhsil

10 Oktyabr 2014, 16:03


Mətbu və sosial mediada, TV-lərdə bəzi simalar həddən artıq çox görünür. Bir tərəfdən, bu anlaşılandır, tanınmış adamlar özlərinə reytinq qazanmağa çalışır. Digər tərəfdən, həmin şəxslərin yeri gəldi-gəlmədi, demək olar ki, hər gün görünməsi oxucu və tamaşaçıların müəyyən qismində qıcıq yaradır.

Modern.az saytı bu mövzuda sorğu keçirib. Sual belədir: Azərbaycan mediasında hansı simalar sizdə qıcıq yaradır? 

Aqil Abbas (yazıçı-deputat): “Görmək istəmədiyim adamları görmürəm və oxumuram. Görmək istəmədiyim insanlar var, amma mən niyə ad çəkim ki? Mənim o yaşım deyil ki, hansısa bir şəxsin adını çəkim və deyim ki, onu görəndə qarnım ağrayır. Mənim sevdiyim, bildiyim yazarlar var. Onları görəndə oxuyuram, olmayanda oxumuram. Seymur Baycan, Hacı Zamin, Qan Turalı, İlqar Rəsulu görəndə oxuyuram”.

Bəxtiyar Sadıqov (“Azərbaycan” qəzetinin baş redaktoru, deputat): “Vətənə xəyanət eləmiş insanlar ki, var, adlarını hüquq müdafiəçiləri, jurnalist təşkilatları rəhbəri qoyublar. Həmin insanlar Azərbaycanın milli maraqlarını düşünmürlər, qrant almaq xətrinə daim Azərbaycan xalqının maraqları əleyhinə addımlar atırlar onları görəndə məndə qıcıq yaranır. Leyla və Arif Yunus, Rəhim Qazıyev kimilərini hansı mətbuat orqanı, hansı sayt öz səhifəsinə gətirirsə, onunla da səhifəsini qaralamış olur. Buna görə də mən bu cür insanları və onları öz səhifələrində işıqlandıran orqanları görəndə nifrət edirəm ki, onların reklamı ilə məşğul olurlar”.

Nurəddin Mehdixanlı (xalq artisti): “Məndə heç kim qıcıq yaratmır. Sadəcə olaraq baxdığım və baxmadığım adamlar var. Mən bu cür bayağı söhbətlərin içində olmaq və ad çəkmək istəmirəm. Mən adamların adını deməyəcəm. Amma baxdığım və oxuduğum kifayət qədər saytlar, mətbuat orqanları və proqramlar var. Mətbuatı mütəmadi oxuyuram. Böyük məmnuniyyətlə Orxan Fikrətoğluna və Mir Şahinə baxıram. Mənim görmək istəmədiyim kimi, məni də görmək istəməyənlər var. Hamımız bir ölkənin vətəndaşlarıyıq. Yaxşılardan danışaq”.

Flora Kərimova (xalq artisti): “Azərbaycan mediası hamıya açıq olmalıdır. Mən kimisə seçim, görüm, ya da görməyim. O məndən asılı deyil, sizdən asılıdır. Siz, bütün media ölkənin maraqlarına uyğun addımlamalısınız. Onu siz bilməlisiniz ki, kimin ixtiyarı var Azərbaycan mediasında addımlamağa. Ümumən Azərbaycan mədəniyyətinə zərbə vuranları siz təbliğ etməməlisiniz”.

İlyas Tapdıq (şair): “Mən elə adam deyiləm ki, kimlərisə görmək istəməyim. Əlbəttə oğrunu, əclafı görmək istəmirəm. Yoxsa şəxsiyyətlərdən kimisə görmək istəməmək ayıb olar. Elə insanlarla oturub-durmuşam ki, onlara qarşı kinim-küdurətim olmayıb”.

Fazil Mustafa (Böyük Quruluş Partiyasının sədri, deputat): “Tam səmimi deyim, məndə heç kim qıcıq yaratmır. Sosial mediaya, mətbuata görə, adamlar üzərində fikir formalaşdırmıram. Yazıya, fikrə, düşüncəyə görə fikir formalaşdırıram. Şəxslər məndə heç bir qıcıq yaratmır”.

Əziz Rzazadə (yazıçı-tərcüməçi): “Hə, nə qədər desən qıcıq adam və səsləndikdə qulağımı kar etmək istədiyim kəlmə var. Ən çox “dövlətçilik” sözünü işlədənlərdən iyrənirəm. Siyasətlə bağlı bir neçə başqa söz də məndə ürək bulanması yaradır. Adamlara gəlincə, narsistlik dərəcəsində özünəvurğun Azərbaycanda bəs deyən qədərdir. Biri var tərif, biri də var özünütərif. Adam var az qala ayaqyoluna getməsini də “piar” eləsin. Yolda birinə salam verir – “Filankəs peşmankəsə salam verdi”, həkim ona müalicə kursu yazır yeni başlıq – “Filankəsin səhhəti Səhiyyə Nazirliyinin diqqətindədir”. Daha çox da ən layiqli yeri mətbəx olan qadın yazar və deputatlara “ürəyim ağrayır”. Onlardan biri hətta inbox-uma “xəbərdarlıq” yazmışdı”.

Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı