Modern.az

Bizə helikopter lazımdır, köhnə dildə desək, vertolyot

Bizə helikopter lazımdır, köhnə dildə desək, vertolyot

Təhsil

13 Noyabr 2014, 22:28


Ermənilər helikopterlərini uçurtdular. Hardan uçurtdular, kim uçurtdu bunun artıq mənası yoxdur. Çünki o sona qədər uça bilmədi. İlkin bir göz qırpımında sərrast atəşi ilə helikopteri darmadağın edib üç erməni zabitini göyün elə yeddinci qatında qanlarına qəltan etdi.

Elə ki, helikopter vuruldu xəritədə Azərbaycanın Dağlıq Qarabağ ərazisini göstərə bilməyənlərdən tutmuş söz sahiblərinə qədər bir çox insanlar mikrafon qarşısına keçdilər. Sərsəm ifadələrdən başlamış ədalətli bəyanatlara qədər bir çox fikirlər səsləndi. Hər kəsin öz mövqeyi ola bilər. Bu təbiidir. Hadisənin mahiyyətini dərk edənlər həqiqəti deməkdən çəkinmədilər. O ki qaldı sərsəmləməyi sevənlər, onlar elə bu dəfə də sərsəm fikirlərindən vaz keçmədilər.

Ermənistan rəsmiləri həyasızcasına bəyan etdilər ki, Mi-24 döyüş helikopterində əcəli mayallaq olan hərbi qulluqçular qondarma “Dağlıq Qarabağ Respublikası”nın hərbiçilər olub. Halbuki, hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı “Erebuni” hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsus olub və hər üç zabit Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edib. Əlqərəz, hansı niyyətlə hardan gəlmişdilərsə, bəd niyyətləri başlarında çatladı.

Bu arada Serj Sərkisyan da özünü tez Azərbaycana yetirib. Elə düşünməyin ki, o növbəti helikopterin vurulmasının qarşısını almaq üçün Qarabağa gəlib. Sərkisyanın ucbatından güdaza gedən ermənilər çox olub və bundan sonra da olacaq. Kürsüsünü xalqından çox sevən “siyasətçi”lər üçün bu adi haldır. Sərkisyanı Qarabağa gətirən bu bölgədə yaşayan ermənilərin təşvişə düşməsidir. Bu təşviş illər boyu Azərbaycanda yaşamış və Sərkisyan tərəfindən yağlı vədlərlə aldanmış ermənilərin yeni siyasi dalğalar yaradacağına səbəb ola bilər. Bu dalğa isə gec-tez Ermənistan prezidentini öz ağuşuna alacaq.

Helikopterin vurulması ermənilərə bir daha sübut etdi ki, qaradan artıq rəng yoxdur. Yəni, Azərbaycan Ordusu zaman-zaman Qarabağ qisasını alacaq. Çünki bu orduda böyüyüb boya-başa çatdığı torpağın çörək və su halallığını almış İlkin Muradov kimi cəngavər oğullar çoxdur. Gücümüz, qüvvəmiz də kifayət qədərdi. Bizə isə yalnız bir şey lazımdır: məhv etməyə erməni helikopteri, köhnə dildə desək vertolyot.

Və sonda düşmən helikopterini məhv etmiş İlkin Muradovu təbrik edirəm. Medalın mübarək, Vətən oğlu. Sinənə taxacağın o medalın parıltısı ermənilərin gözünü hələ çox qamaşdıracaq. Əllərinə sağlıq...

İlham Cəmiloğlu  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı