Modern.az

“Xocalı soyqırımını əcnəbilərə tanıtmaq üsulunda dəyişikliklər etməl çox vacibdir"

“Xocalı soyqırımını əcnəbilərə tanıtmaq üsulunda dəyişikliklər etməl çox vacibdir"

Təhsil

19 Noyabr 2014, 17:06


Kiyevin İncəsənət Muzeyində müasir ART-KYIV Contemporary  Beynəlxalq Sərgisinin IX forumu öz işinə başlayıb. "Azadinform"un diaspor.tv-yə istinadən verdiyi xəbərə görə ki, Forumda  azərbaycanlı rəssam Rasim Sevdimov da daxil olmaqla Gürcüstan, Moldova və Ukraynadan 40 rəssamın sənət əsərləri nümayiş olunub. 

Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) dəstəyi ilə baş tutan “Xeyirxahlıq elçiləri” layihəsində Rasim Sevdimovun əsərləri Xocalı soyqırımına həsr edilib və böyük marağa səbəb olub. Forum Maydan hadisələrinin ildönümünə təsadüf etdiyindən, hadisələr zamanı çəkilmiş fotolar da sərgilənib. 

Sərgidə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov erməni vəhşiliklərini dünyaya tanıtmaq üçün daha fərqli üsullardan istifadə etməyin lazım olduğunu bildirib: “Xocalıda azərbaycanlıların soyqırımını xarici təşkilatlara və əcnəbilərə tanıtmaq üsulunda dəyişikliklər - yeniliklər etmək çox vacibdir. Yalnız faciənin ildönümü ərəfəsində öz həmvətənlərimizi bir araya gətirərək onlara məlumat verməkdənsə xarici vətəndaşları Xocalı faciəsi qurbanları haqqında məlumatlandırmaq daha məqsədəuyğundur. Məsələn, 15 gün davam edəcək bu beynəlxalq sərgi nəticəsində minlərlə insan Xocalıda azərbaycanlıların soyqırımı haqqında məlumat alacaq və bukletlər əldə edəcəklər.” 

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli isə bu cür sərgilərin ortaq separatizmdən əziyyət çəkən hər iki ölkə xalqlarını daha da yaxınlaşdırdığını deyib. Qeyd edək ki, Kiyevin ən böyük sərgi mərkəzində baş tutan forum noyabrın 30-na kimi davam edəcək.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı