Modern.az

Təhsil Nazirliyi şagirdlərdə mütaliə layihəsinə başlayır

Təhsil Nazirliyi şagirdlərdə mütaliə layihəsinə başlayır

Təhsil

21 Noyabr 2014, 12:35


Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu ilin dekabr ayından start götürəcək layihənin Bakı şəhəri Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə və Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyində təqdimatı olacaq.

Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır.

Layihədə təhsil müəssisələrinin I-XI sinif şagirdləri, valideynlər, müəllimlər, inzibati heyət (məktəb direktoru və müavinləri), eləcə də ictimaiyyət nümayəndələrinin, uşaq birliyi, günü uzadılmış qrup və məktəbəqədər qrup rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Məltəm TALIBZADƏ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı