Modern.az

Elşad Eyvazlı Mərmərə Universitetində tələbələrin suallarına cavab verib

Elşad Eyvazlı Mərmərə Universitetində tələbələrin suallarına cavab verib

Təhsil

25 Noyabr 2014, 21:52

Hazırda Türkiyədə olan Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı ötən gün Mərmərə Universitetində tələbələr qarşısına çıxıb.
Universitetin bölüm rəhbəri, professor Okan Yeşilotun təşəbbüsü ilə baş tutan dərsdə PJB rəhbəri Mərmərə Universitetinin tarix fakültəsinin tələbələrinin Azərbaycan, xüsusilə də Qarabağla bağlı suallarına cavab verib.
Modern.az xəbər verir ki, E. Eyvazlı Türkiyə mediasının Qarabağ məsələsində Azərbaycana yad olan ölkələrlə eyni mövqe sərgilədiyindən də danışıb.
Qeyd edək ki, Elşad Eyvazlının elmi işi də Türkiyə mediasında Qarabağ məsələsinə necə yer ayrılması ilə bağlıdır.
Saytımıza açıqlamasında Okan Yeşilot belə dərslərin çox vacib olduğunu və E. Eyvazlının cavablarından universitet tələbələrinin çox məmnun qaldıqlarını vurğulayıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı