Modern.az

Fuad Muradov Moskvada keçirilən MDB ölkələrinin Forumunda iştriak edib

Fuad Muradov Moskvada keçirilən MDB ölkələrinin Forumunda iştriak edib

Təhsil

17 Dekabr 2014, 13:16

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov MDB ölkələrinin humanitar əməkdaşlıq üzrə höükmətlərarası Fondu tərəfindən  15-17 dekabr tarixində Moskvada  təşkil olunmuş  MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının 9-cu Forumunda iştirak edib. Modern.az xəbər verir ki, forumun əsas mövzusu “ MDB –də vahid humanitar sahənin inkişafı: Əməkdaşlıq perspektivləri və zamanın tələbləri” olub.

Toplantı çərçivəsində dörd mövzu ətrafında diskussiya  qrupları yaradılıb. Bura “elm və təhsil”, “mədəniyyətlər arası dialoq”, “mədəni irsin qorunması sahəsində gənclərin iştirakçılığının artırılması”, MDB ərazisində mədəniyyətlərarası dialoqun möhkəmlənməsində KİV-lərin rolu” mövzusu olub.

Deputat Fuad Muradov “Mədəniyyətlərarası dialoq” diskussiya qrupunda ekspert kimi çıxış edib.

O, öz çıxışında “Böyük İpək Yolu” BGİ-nin bu istiqamətdə gördüyü işlər, Azərbaycanın bu layihəyə verdiyi böyük önəm haqqında məlumat verib və onu yaxşı numunə olaraq təqdim edib.  F. Muradov prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq mövzusuna xüsusi diqqətlə yanaşdığını və daima diqqət mərkəzində saxladığını iştirakçılara xatırladıb.

Forum çərçivəsində həmçinin MDB-nin mədəni paytaxtları olan Voronej və Kulab şəhərlərinin təqdimatı keçirlib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı