Modern.az

Akademiya müsabiqə elan etdi

Akademiya müsabiqə elan etdi

Təhsil

19 Fevral 2015, 11:34

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatları üzrə müsabiqələri elan edilib.

Nizami Gəncəvi adına Qızıl medalı haqqında əsasnaməyə uyğun olaraq adıçəkilən mükafat mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə ölkə vətəndaşları və əcnəbilərə ildə bir dəfə təqdim edilir. Dövlət başçısının fərmanına əsasən medalla təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilib.

Rəyasət Heyəti medal ilə təltif etmək üçün qaydaların təsdiq edilməsi və müsabiqə elan olunması haqqında qərar qəbul edib.

Modern.az xəbər verir ki, iclasda AMEA-nın adlı mükafatları üzrə müsabiqə elan olunması məsələsinə də baxılıb. Bildirilib ki, müvafiq əsasnamələrə uyğun olaraq elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə adlı mükafatlar təsis olunub.

Rəyasət Heyəti AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademiklər Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə 2015-cil il üçün müsabiqə elan olunması haqqında qərar qəbul edib.

Elmin NURİ            
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı