Modern.az

“Qərib Məmmədov heç bir işə dəvət olunmayıb” - Komitənin keçmiş işçisi

“Qərib Məmmədov heç bir işə dəvət olunmayıb” - Komitənin keçmiş işçisi

Təhsil

20 Fevral 2015, 13:29

“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunandan sonra Qərib Məmmədov heç bir işə dəvət almayıb. Ona görə də hələ ki işsizdir”. Bunu Modern.az-a açıqlamasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş üzvü deyib.

Adının çəkilməsini istəməyən şəxs Qərib Məmmədovun elmi sahədəki fəaliyyətindən də danışıb: “Qərib Məmmədov hazırda elmi fəaliyyətini davam etdirir. Akademik kimi Elmlər Akademiyasında çalışır”.

Qeyd edək ki, Qərib Məmmədov 1997-ci il iyunun 25-də Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin sərəncamı ilə Dövlət Torpaq Komitəsinin, 2001-ci il aprelin 18-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 2004-cü il oktyabrın 23-də isə prezident İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub.

Bu yaxınlarda isə İlham Əliyevin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı