Modern.az

Azərbaycanlı gənclər Ermənistan səfirliyinə məktub verdilər

Azərbaycanlı gənclər Ermənistan səfirliyinə məktub verdilər

Təhsil

26 Fevral 2015, 13:49

Moskvada bir qrup azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edib. Səfirlik əməkdaşları əvvəlcə məktubu qəbul etmək istəməsələr də, gənclərin təkidindən sonra müraciəti qəbul etməyə məcbur olublar.

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Etiraz məktubunda Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində girov götürdüyü Şahbaz Quliyev və Dilqəm Əsgərovun dərhal azadlığa buraxılması, Ermənistan dövlətinin Azərbaycana qarşı təxribatlardan əl çəkməsi və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması tələb edilir. Məktubda bir sıra dövlətlərin və beynəlxalq təşkilatların azərbaycanlı girovların azadlığa buraxılması ilə bağlı fikirləri, tələbləri qeyd olunub.

Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında “Xocalıya ədalət!” şüarları ilə də etirazlarını bildirib.


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı