Modern.az

İlham Əliyev biznes forumda

İlham Əliyev biznes forumda

Təhsil

12 Mart 2015, 11:12

Martın 12-də Bakıda Azərbaycan-Pakistan biznes forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalandı.

Azərbaycan və Pakistan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, səhiyyə, İKT və digər sahələrdə fəaliyyət göstərən 100 nəfər iş adamının iştirakı ilə keçirilən biznes forum işini təqdimat və çıxışlarla davam etdirir. 

Modern.az


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı