İŞİD terror təşkilatının mətbuat sözçüsü Məhəmməd Əl-Adnani Avropanı və ABŞ-ı hədələyib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, İŞİD təmsilçisi Ağ Ev, Biq Ben və Eyfel qülləsinə terror hücumları təşkil edəcəklərini bildirib.
Adnani deyib ki, daha da güclənən İŞİD qələbə qazanacaq. “Ağ Ev, Biq Ben və Eyfel qülləsini havaya uçuracağıq”,-deyə o qeyd edib.İŞİD rəsmisi onu da söyləyib ki, xristian və yəhudilərə iki variant təklif olunacaq: “Onlar ya din olaraq İslamı seçəcəklər, ya da ikili vətəndaş statusunu qazanmaq üçün kəllə vergisi odəyəcəklər”.
Modern.az