Modern.az

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir

Təhsil

16 Mart 2015, 13:11


“Novruz bayramında Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.Sərnişinlər bayram günlərində də hər zaman olduğu kimi səhər 06:00-dan gecə 00:00-a kimi metrodan istifadə edə biləcəklər. İş günlərində Bakı metrosundan 700 minə yaxın sərnişin istifadə etdiyi halda qeyri-iş günlərində bu rəqəm təxminən 500 min olur”.  

Bu haqda Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Metropoliten rəsmisi qeyd edib ki, gücləndirilmiş iş rejiminə keçilməsi üçün artıq əmr imzalanıb: “Bayram günlərində təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Bütün lazımı ehtiyat avadanlıqlar alınıb, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib, növbətçilik cədvəli tərtib olunub”.  

O bildirib ki, bayram günlərinin sayının çox olması səbəbindən sərnişin sayının azalması ehtimal olunur: “Bayram ərəfəsində, xüsusən də 9 günlük qeyri-iş gününü nəzərə alaraq sərnişin sayının daha da az olacağı gözlənilir. Təcrübə də bunu göstərir ki, belə günlərdə şagirdlər, tələbələr, paytaxt sakinlərinin bəziləri rayonlara, başqa yerlərə səfərə gedirlər. Buna görə də sərnişin sayının daha da az olacağı nəzərə alınaraq qrafikdə dəyişiklik edilib.  

Normal iş günlərində saatda 30 cüt qatar xəttə buraxılırdısa, bayram günlərində 24 cüt qatar xəttə buraxılacaq. Ancaq buna baxmayaraq, sərnişin sıxlığı nəzarətdə olacaq və ehtiyac yaranarsa qatar sayı artırılacaq”.  

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı