Modern.az

Qənirə Paşayeva seçicilərinə söz verdi - FOTOLAR

Qənirə Paşayeva seçicilərinə söz verdi - FOTOLAR

Təhsil

22 Mart 2015, 19:30


Millət  vəkili Qənirə Paşayeva Tovuzda rayonun ən böyük kəndlərindən olan Düz Qırıqlıda kənd sakinləri ilə görüşüb. Modern.az xəbər verir ki, seçicilərinin problemlərini dinləyən millət vəkili onların xahişlərinin hökümətə çatdıracağına söz verib.

Deputat bir çox xəstələrlə də görüşüb, onların müalicələri ilə maraqlanıb. Sakinlər  əsasən ünvanlı sosial  yardım, kəndarası  yollar, ən əsasda əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar.

Qənirə Paşayeva bildirib ki, Tovuzun ən böyük məktəblərindən biri olan Düzqırıqlı kənd orta məktəbinin yüksək səviyyədə əsaslı təmir olunması ilə bağlı Dövlət rəhbərliyinin  dəstəyi və qayğısı nəticəsində işlər yüksək səviyyədə həyata keçirilir və sentyabr ayında müəllim və şagirdlərimiz müasir və gözəl bir məktəbdəm dərs ilinə başlayacaqlar.

Kəndin bəzi yerlərinə əlavə  içməli su xətlərinin  çəkilməsi ilə bağlı “Azərsu” rəhbərliyinə kənd sakinlərinin xahişini şəxsən çatdıraraq müraciət etdiyini deyən Qənirə Paşayeva artıq su ilə bağlı ciddi ehtiyac olan yerlərin bəzilərinin problemlərinin həll olunduğunu və bu istiqamətdə işlətin davam edəcəyini bildirib. Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur vəəkinlərinin zamanında suvarıla bilməsi onlar üçün ənəsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu məsələ ilə bağlı narahatlığını çox yaxşı anladığını və hökumətin hesabatı zamanı da bu məsələni qaldıraraq müvafiq dövlət qurumlarından xahiş etdiyini  deyib.

Cənab Prezidentimiz tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyinin  daha da artacağını deyib.  Kəndlərdəyeni artezian quyularının qazılması  xahişi ilə bir millət vəkili olaraq Su vəMeliorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və Tovuzda  son bir neçə ildə xeyli sayda artezian quyularının qazıldığını, amma yenə də təlabatın çox  olduğunu  deyən millət vəkili Qənirə Paşayeva Su və Meliorasiya naziri ƏhmədƏhmədzadə ilə bu məsələ ilə bağlı söhbət etdiyini,bu məsələni onun diqqətinəçatdıraraq sakinlər və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.  

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı