Modern.az

II və III qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq?

II və III qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq?

15 İyul 2024, 09:33

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanları tamamilə yekunlaşıb. Ən son keçirilən 14 iyul imtahanı ilə bütün qəbul imtahanları sona çatmış oldu.

 

İyulun 7-də keçirilən II və III qrupların imtahan nəticələri isə hələlik açıqlanmayıb. Bəs həmin imtahanların nəticələri nə vaxt elan ediləcək?

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bununla əlaqədar Modern.az-a qısa açıqlama verilib.

 

Qurumdan bildirilib ki, nəticələrin önümüzdəki həftənin əvvəllərində elan edilməsi planlaşdırılır.
 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi