Modern.az

Gəncədə yol polisi əməkdaşı avtomobillə vurulub

Gəncədə yol polisi əməkdaşı avtomobillə vurulub

Aktual

11 Oktyabr 2016, 00:47

Gəncədə xidməti vəzifəsini həyata keçirən yol polisi əməkdaşını avtomobil vurub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb.

 

Xidmət zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inspektoru Şakir Həsənov “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan yol polisi əməkdaşı xəstəxanaya yerləşdirilib. Qəzanı törədən şəxs saxlanılıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı