Bu ilin Milad bayramı mövsümündə Macarıstanın pərakəndə satış mağazaları alıcı axınının güclü olması və bütün müştərilərə xidmət etmək üçün heyətin ciddi çatışmaması səbəbindən böyük çətinliklərlə üzləşib.
Modern.az xəbər verir ki, mağazalar mövsümü satıcılar cəlb etməyə məcbur olublar. Macarıstan KİV-ləri yazırlar ki, yerli ekspertlərin hesablamalarına görə, qara cümənin satışları da daxil olmaqla, bayram mövsümündə pərakəndə satış dövriyyəsi 1,2 trilyon forintə (1 avro = 330 forint) çatacaq.
Ölkənin ən iri pərakəndə satış şəbəkələri bayram mövsümündə daha çox insan işə götürür. Məsələ bundadır ki, satıcılardan biri xəstələnəndə, kassalar qarşısında növbələr yaranır. Növbə məsələsi isə bu ölkə üçün keçmişdə qalıb.
Macarıstan Milli Riteylerlər Assosiasiyasından "Azərtac"a bildiriblər ki, qışda tələbələri əlavə işə cəlb etmək mümkün olmadığına görə mağazalar daha çox pensiyaçılara diqqət yetirirlər.