Modern.az

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Aktual

6 Fevral 2020, 15:40

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

 

Modern.az-ın xəbərinə görə, məktubda deyilir:

 

Hörmətli cənab Prezident, 

 

Əziz Qardaşım,

 

Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

 

Allah rəhmət eləsin!

 

Xatırladaq ki, Türkiyənin Van bölgəsində baş verən qar uçqunu nəticəsində 39 nəfər həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı