Fevralın 6-da Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq yazıçısı Əkrəm Əylislinin qalmaqala səbəb olan “Daş yuxuxlar” romanının müzakirəsi keçiriləcək. Müzakirə qapalı halda Katiblikdə olacaq.
AYB-nin sözçüsü Ədalət Əsgəroğlunun sözlərinə görə, Əkrəm Əylisli hələ də qurumun üzvüdür. Çünki AYB-yə qəbul olmaq, eləcə də onun sıralarından çıxmaq üçün mütləq yazılı ərizə ilə müraciət edilməlidir.
Elmin NURİ