Modern.az

Finlandiyada payızadək NATO-ya üzv ola bilməyəcək

Finlandiyada payızadək NATO-ya üzv ola bilməyəcək

Aktual

1 İyul 2022, 11:44

Finlandiyanın NATO-ya üzv olması payız aylarından əvvəl baş tutmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

 

“Ümid edirik ki, iyulun 5-də Brüsseldə üzvlük protokolunu imzalayacağıq, lakin 30 ölkənin milli parlamentində ratifikasiya prosesi daha uzun çəkəcək. Biz artıq prosesə başlayan ABŞ Senatının sürətini gördük. Düşünürəm ki, protokolu ilk ratifikasiya etmək üçün hətta yarışan ölkələr var. Lakin elə parlamentlər də var ki, yayda fəaliyyətini dayandıraraq, payızda bərpa edəcək”, - deyə Pekka Haavisto vurğulayıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Madriddə dördtərəfli görüş keçirilib.

 

Görüşün əsas müzakirə mövzusu Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi olub. İki saatdan artıq keçən danışıqların nəticəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan veto hüququndan imtina edərək, Finlandiya və İsveçin Ankaranın tələblərini qəbul etmək şərti ilə NATO-ya daxil olmasına icazə verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı