Modern.az

ANS: “Mübariz İbrahimovun ailəsi ilə danışıqlar gedir”

ANS: “Mübariz İbrahimovun ailəsi ilə danışıqlar gedir”

کشور

25 Yanvar 2011, 10:49

ANS telekanalı və “Çingiz Mustafayev” Fondunun “İlin adamı” nominasiyasında müəyyən olunmuş mükafatı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsinə təqdim olunacaq.

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov Modern.az-a bildirib ki, bununla bağlı geniş tədbirlərin keçiriləcəyi planlaşdırılır.

“Tədbirin vaxtı hələ dəqiq məlum deyil. Hazırda Mübariz İbrahimovun ailəsi ilə danışıqlar gedir və tədbirin dəqiq vaxtı yaxın vaxtlarda elan olunacaq”.

Qeyd edək ki, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən, dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu ilin adamı” elan edib.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı