Modern.az

Hollandiyada Mehriban Əliyevanın adına zanbaq yetişdirilib

Hollandiyada Mehriban Əliyevanın adına zanbaq yetişdirilib

Ölkə

10 May 2011, 15:40

Bu gün Bakıda keçirilən Gül bayramında iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və ailə üzvlərinə xüsusi növdən olan ağ zambaqlardan buketlər təqdim edilib. Məlumat verilib ki, bu ağ zambaqlar Holland-Azərbaycan Dostluq Cəmiyyəti ilə Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq Mehriban xanımın adına yetişdirilib  və bundan sonra onun ismini daşıyacaq.
Azərbaycanın birinci xanımı sertifikatı imzalayıb. Sənədin nüsxəsi Mehriban Əliyevaya təqdim olunub. Sertifikatlardan daha biri Zambaqların Kultivasiyası Beynəlxalq Reyestr Təşkilatının, digəri isə Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasının nümayəndələrinə təqdim edilib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı