Modern.az

Ruslan Bəşirli azadlığa buraxıldı

Ruslan Bəşirli azadlığa buraxıldı

کشور

15 Mart 2012, 19:41

Modern.az saytının məlumatına görə Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə əfv fərmanı imzalayıb. 

Prezident yanında Əfv Komissiyasından saytımıza bildirilib ki, azadlığa buraxılanlar arasında AXCP üzvü Ruslan Bəşirli də var.

Ruslan Bəşirli əfv olunmaq üçün bir neçə gün öncə Prezidentə müraciət etmişdi. AXCP fəalı olan R.Bəşirli 2005-ci ilin avqustun 4-də həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onu hakimiyyəti zorla ələ keçirməyə cəhddə və qanunsuz sahibkarlıqda ittiham etmişdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı