Modern.az

“Azərbaycandan Həccə gedən qadınlar kişilərdən çoxdur” - QMİ rəsmisi

“Azərbaycandan Həccə gedən qadınlar kişilərdən çoxdur” - QMİ rəsmisi

Ölkə

23 Oktyabr 2012, 14:06

“Səhhətində problemlər olan azərbaycanlı zəvvar yoxdur”. Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.
“Bir xanım zəvvarımız – Raziyə Hidayətova oktyabrın 20-də ürək çatışmazlığından keçinib, vəssalam”.

“Allaha şükür hər şey yaxşıdır. Hər gün qrup rəhbərləri ilə əlaqə saxlayırıq, məlumatlar alırıq. Səhhətində ciddi problemi olan zəvvarımız əsla yoxdur. Ölkəmizdən birinci qrupla gedən zəvvarlarımız artıq kiçik Həcci – “Ümrə” ziyarətini başa vurublar. Hazırda zəvvarlarımız ayın 25-nə yəni böyük Həcc ziyarətinə hazırlaşırlar. Ayın 26-da böyük şeytana daş atandan sonra Kəbə evini təvaf edəcəklər. Bundan sonra gedib qurbanlarını kəsəcəklər. Ayın 27-28-də isə yenidən şeytana daş atacaqlar və bununla da Həcc əməlləri başa çatacaq”, – deyə M.Payızov əlavə edib.

Şöbə müdirinin sözlərinə görə, bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin çoxu qadınlardır: “Biz konkret say aparmırıq. Amma bu il xanım zəvvarlar çoxluq təşkil edir”.
İdarə rəsmisi bildirib ki, qayda belədir ki, 45 yaşa kimi Həccə gedən xanım zəvvarın yanında mütləq məhrəmi olmalıdır. Məhrəm olan şəxslər qardaş, ata, ər, əmi və dayıdır.
“Yəni 45 yaşından aşağı olan xanım Həccə getmək istədikdə mütləq səfirlikdə onunla gedən məhrəmini göstərməlidir. 45 yaşında yuxarı gedənlərə isə bu şamil olunmur. Onlar gedəndə “Qadın qrupu” adlanan dəstə ilə gedirlər. Bu səfirlikdə də həmin adla qeydiyyata alınır”.

M.Payızov sonda onu da qeyd edib ki, hacıların vətənə qayıdışı noyabrın 5-dən 12-nə kimi olacaq. 

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı