
Mərhum eks-prezident Heydər Əliyev jurnalistlərlə münasibətlərinə həmişə həssas yanaşıb. Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də həmin diqqətin daha bir nümunəsidir.
Tarix - 14 avqust 2002-ci il, məkan – Naxçıvan... Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Köçəryan arasında təkbətək görüş olacaq...
Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında 1999-cu ildə başlanan təkbətək görüşlərin sayca 21-cisi idi.
Naxçıvan MR Ali Məclisinin önündə çəkilən fotoşəkildə o zamanın gənc jurnalistləri əks olunub.