Modern.az

“Qarabağ fotolarda” – Heydər Əliyevin erməni rəhbərə sərt irad tutduğu GÖRÜŞ

“Qarabağ fotolarda” – Heydər Əliyevin erməni rəhbərə sərt irad tutduğu GÖRÜŞ

Ölkə

23 İyun 2014, 16:57

Modern.az  “ Qarabağ fotolarda” layihəsinin yolu yenə də Şuşadan salır. Daha doğrusu layihənin əlini  nadinc uşaq sayağı buraxan kimi qaçıb Şuşanın qoynunda gizlənir. Bu dəfə də folklorçu nənələr nağılındakı kimi yalnız adını eşitdiyimiz Şuşada çəkilən bir foto və onun maraqlı tarixçəsindən danışacayıq.

1982-ci ilin yayı. ənənəvi olaraq keçirilən Vaqif poeziya günləri bu dəfə də öz nüfuzlu qonaqlarını qarşılamaqdadır. Onların arasında Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev, ən tanınmış ədəbiyyat xadimləri Mirzə İbrahimov, İsmayıl Şıxlı, Nəbi Xəzri, Sabir Rüstəmxanlı və başqaları var. Şəklin və görüşün tarixçəsi haqqında özümüz danışsaq elə əzbərlənmiş tarix  dərsindən başqa nəyi isə çatdıra bilmərik. Odur ki, həmin fotodakı qəhrəmanlardan biri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıya söz verək. S. Rüstəmxanlı Modern.az-a  görüşlə bağlı maraqlı və vacib bir məqamı da açıqladı:

“O vaxt Vaqif poeziya günləri keçirilirdi. Əvvəlcə qışda abidənin açılışı oldu. Mən də həmin vaxt məzuniyyətdə idim. Ona görə də iştirak edə bilməmişdim. İlk Vaqif poeziya günü keçiriləndə biz hamımız oraya getdik. Heydər Əliyev də orada iştirak edirdi. Bakıda Nizami, Sabir poeziya günləri keçirilirdi. İlk dəfə də belə bir mərasim də Şuşada təşkil olundu. Demək olar ki, Azərbaycanın bütün məşhur şairlər, yazıçıları orada idi. Olduqca gözəl bir gün idi. Biz Xankəndində gəzdik, bir sıra təzə abidələrə, tikililərə baxdıq. Orada açılış zamanı Heydər Əliyevin bir iradı yadımdadır. Partiya komitəsinin birinci katibi Gevorkova demişdi ki, əgər yazılar rus dilində yazılırsa, heç olmasa Azərbaycan dilində də yazılsın. Yoxsa hamı başa düşməyəcək. Poeziya günü bitdikdən sonra biz Şuşanı gəzdik. Orada mərmər zavodunun aşağısında gözəl çay evi var idi. Bizə çox gözəl ziyafət verdilər. Daha sonra partiya komitəsinin rəhbərləri, Şuşa şəhərinin rəhbəri bizi Yevlaxa qədər müşayiət etdilər. Həmin vaxt hamımızın xatirində çox gözəl bir gün kimi qaldı.”

Qeyd: Fotoda olan məşhurlar bunlardır: Heydər Əliyev, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı,  Mirzə İbrahimov, Nəbi Xəzri, hazırda səfir olan Həsən Həsənov...

 

Elmin Nuri 

Ulduz İbrahimova

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı