Modern.az

Pols Faiq Ağayevə xəbərdarlıq edib ki, tədbiri təxirə salsın

Pols Faiq Ağayevə xəbərdarlıq edib ki, tədbiri təxirə salsın

Ölkə

1 Oktyabr 2010, 16:05

Bir neçə gün öncə bıçaqlanması nəticəsində xəstəxanaya düşən xalq artisti Faiq Ağayev KİV işçilərini, dostlarını və pərəstişkarlarını bu gün saat 17:00-da Kliniki Tibbi Mərkəzin qarşısına görüşə çağırmışdı. Modern.az saytı xalq artistinin bu çağırışının kütləvi aksiyaların keçirilməsi ilə bağlı təhlükəsizlik qaydalarına uyğunluğunu araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Kliniki Mərkəzin yerləşdiyi Nəsimi rayon Polis İdarəsindən məlumatı ilk dəfə Modern.az saytının əməkdaşından eşitdiklərini deyərək belə bir tədbirin razılaşdırılmadan keçirilməsini qanunsuz adlandırıblar. Eyni zamanda qeyd edilib ki, polis qanunsuz aksiyanın qarşısının alınması istiqamətində tədbirlər keçirə bilər.
“Faiq Ağayevin KİV işçilərini, dostlarını və pərəstişkarlarını xəstəxananın qarşısına çağıraraq aksiya təşkil etməsi qeyri-qanunidir və  xalq artistinin bu addımı araşdırılacaq”.

Bir qədər əvvəl Faiq Ağayevin mətbuat xidməti xalq artistinin sentyabrın 30-da pərəstişkarları və KİV nümayəndələri ilə keçirmək istədiyi tədbirin təxirə salındığı barədə məlumat yayıb. Xalq artistinin mətbuat xidməti bildirib ki, bu günə nəzərdə tutulan brifinq sabaha təxirə salınır.
Birifinqin sabaha qədər təxirə salınmasının səbəbi açıqlanmayıb.

Amma Modern.az-a məlum olub ki, brifinqin təxirə salınması saytımızda dərc olunan yazıdan sonra baş verib. Nəsimi rayon Polis İdarəsindən saytımıza bildirilib ki, F.Ağayevin keçirmək istədiyi tədbir barədə rəhbərliyə məruzə olunduqdan sonra xalq artistinə xəbərdarlıq olunub ki, razılaşdırılmamış tədbirə icazə verilməyəcək.
Polis idarəsindən onu da bildirblər ki, F.Ağayevin sabahki tədbirinin xəstəxananın qarşısında keçirməsi də mümkün olmayacaq. Yəqin ki, sabaha keçirilən tədbir qapalı məkanda mümkün ola bilər.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəz müxtəlif xəstəlikləri olan xəsətələrin kütləvi müalicə olunduğu tibb ocağıdır. Heç şübhəsiz F.Ağayevin çağırışı ilə mərkəzin qarşısına toplaşacaq adamlar orada çığır-bağır, qışqırıq salacaq, bununla da xəstələrini rahatlığını pozacaqdılar.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı