Modern.az

Moskvada qalan 20 filmimiz gətirildi

Moskvada qalan 20 filmimiz gətirildi

Ölkə

20 Dekabr 2010, 10:36

Moskvadan 20 filmimiz bərpa olunaraq Dövlət  Film Fonduna gətirilib. Bu barədə Fondun rəhbəri Cəmil Quliyev modern..az saytına acıqlamasında bildirib . 

“Qaynana” , İstintaq”, “Şərikli çorək” , “Nəsimi”, “Babək”,  “Dədə Qorqud”, "Ad günü”, “Bir ailə”, “İki dost”, “Payız konserti”, “Su ərizəsi”, “Gün kecdi”, “Bir cənub şəhərində”, “Dəcəl dəstə”, “Dəniz elçiləri haqqında dastan”, “Dənizi fəth edeənlər”, “Doğma xalqımıza”, “Vulkan üzərində ev”, “Əvəz əvəzə” kimi filmlər bərpa olunanlar arasındadır. 

Filmlərin bərpa olunması dedikdə onların yuyulması, ilkin rənklərinin qaytarılması nəzərdə tutulur. 

Qeyd edək ki, Film Fondunda 64 minə yaxın film saxlanılır.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı