Modern.az

Bakı şəhər Baş Polis İdarəsi: "Müsavatın mitinqində 50 nəfər saxlanılıb"

Bakı şəhər Baş Polis İdarəsi: "Müsavatın mitinqində 50 nəfər saxlanılıb"

Təhsil

12 Mart 2011, 19:44

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının martın 12-də keçirdiyi icazəsiz etiraz aksiyası barədə məlumat yayıb. Modern.az saytı xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, Müsavat rəhbərliyi metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Praqa” şadlıq sarayının qarşısından başlayaraq, Qara Qarayev prospekti ilə “Təbriz” kinoteatrınadək yürüş-mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. “Lakin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinin tələbləri, o cümlədən ictimai təhlükəsizlik və digər şəxslərin hüquq və mənafelərinin qorunması baxımından, aksiya marşrutunun və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən stadionun ərazisi təklif olunmuş və bu barədə müraciət müəlliflərinə rəsmi məlumat verilmişdir. Lakin tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etmək barədə həmin Qanunun 12-ci maddəsinin III hissəsinin tələbinə riayət etməyən təşkilatçılar hakimiyyət orqanları ilə qarşıdurmaya getməkdə maraqlı olduqlarını növbəti dəfə nümayiş etdirmişlər”-deyə məlumatda bildirilib.. Qeyd edilib ki, aksiyaya qoşulanlar bu gün saat 14:00-dan başlayaraq, ümumi sayı təxminən 150 nəfərədək olan kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən, Nizami küçəsi və “Fəvvarələr” meydanı istiqamətində yürüş keçirməyə cəhd göstəriblər. “Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınmış, asayişin kütləvi şəkildə pozulmasına imkan verilməmişdir. Görülmüş tədbirlərlə qanunazidd hərəkətlərin qarşısı alınaraq 50 nəfər saxlanılmışdır. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. İzahatları alınmış 30 nəfər isə hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır. Fakt üzrə araşdırmalar aparılır”-deyə Bakı şəhər Baş Polis İdarəsi bildirib. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı