“Mobil operatorlarla məhkəmə çəkişməsinin tarixi hələ bəlli deyil”. Bunu Modern.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, sənədləşmə işləri hələ tamamlanmayıb. “Məhkəmə prosesi ciddi hazırlıq tələb edən bir prosesdir. Hələ konkret demək olmaz ki, hansı mobil operatorlara qarşı iddia qaldırılacaq. Təhlillər aparıldıqdan, sübutlar toplandıqdan sonra həmin məsələ məhkəməyə çıxarılacaq”.
Namidə BİNGÖL