Modern.az

Dünən ölən 26 yaşlı ananın əməliyyat olunduğu xəstəxananın adı dəqiqləşdi

Dünən ölən 26 yaşlı ananın əməliyyat olunduğu xəstəxananın adı dəqiqləşdi

Təhsil

26 Oktyabr 2013, 12:52

“Pərvinə Hüseynova Sumqayıtdakı 1 saylı Doğum Evində əməliyyat olunsa da, bunun bizim doğum evinə heç bir aidiyyatı yoxdur”. Modern.az-a verilən bu qəribə cavabın izahı budur: 2 saylı Doğum Evi təmirə bağlanıldığı üçün onun personalı 1 saylı Doğum Evində fəaliyyət göstərir. Əməliyyatı da məhz 2 saylı Doğum Evinin həkimləri aparıb.

Modern.az əməkdaşının qeysəriyyə əməliyyatından sonra vəziyyəti pisləşmiş və Respublika Kliniki Xəstəxanasında keçinmiş 26 yaşlı ananın ölüm səbəbi ilə bağlı Sumqayıtdakı 2 saylı Doğum Evinin baş həkimi İmmə Ələkbərzadə ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb. Doğum evindən onun xəstə olduğu və işə gəlmədiyini söyləyiblər.

Qeyd edək ki, 26 yaşlı Pərvinə Hüseynova ANS telekanalının əməkdaşı Afət Telmanqızının qardaşının həyat yoldaşıdır. 

Gültəkin ƏLƏSGƏR  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı