Modern.az

“Gələn il üçün ehtiyac meyarını 100 manat miqdarında müəyyənləşdiririk”

“Gələn il üçün ehtiyac meyarını 100 manat miqdarında müəyyənləşdiririk”

Təhsil

4 Noyabr 2013, 11:31

Bu gün Milli Məclisin 5 – iqtisadi siyasət, təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar və energetika, aqrar, habelə sosial komitələrinin 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev qurumun gələn ilki büdcəsi haqqında məruzə ilə çıxış edib. Onun sözlərinə görə, DSMF büdcəsinin formalaşmasında dövlət transferlərin xüsusi çəkisi azaldılacaq. Əmək pensiyalarının növbəti ildə verilməsində inflyasiya indeksləşdirilməsi üçün də vəsait nəzərdə tutulur. İndeksasiya üçün 27,7 milyon manat nəzərdə tutulur. Fondun gələn il üçün gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırırlar ki, bu da 2013-cü ilin göstəricilərinə nisbətən 295, 18 milyon manat çoxdur:

“Gəlirlərin 60.18%-i və ya 1 milyard 780,4 milyon manatı məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək ki, bu da keçən ilə nisbətən 14, 19% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqları proqnozu 660, 4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalar proqnozunun 60,9 %-i qeyri-büdcə təşkilatlarının payına düşür. 2014-cü ildə dövlət büdcəsindən ayırmaların proqnozu 1 milyard 142 milyon manat nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 65 milyon manat çoxdur. Fondun gələn il üçün xərcləri 2 milyard 928, 5 milyon manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 295, 8 milyon manat çoxdur. Əmək pensiyalarının ödəniş xərcləri əhalinin ödənişlərinin 97, 4 faizini təşkil edəcək. Sahibkarlardan daxil olmalar 6 milyon manat proqnozlaşdırılır. Bu ilin sosial büdcəsi ötən illə müqayisədə 11, 2 faiz çoxdur”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, ehtiyac meyarı əmək və əhalinin sosial müdafiəsinin həyata keçirdiyi ünvanlı sosial yardımlarla bağlıdır.
“Gələn il üçün ehtiyac meyarını 100 manat miqdarında müəyyənləşdiririk. 2008-ci ildə bu rəqəm 45 manat olub”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı