Modern.az

Müsavat seçkilərlə bağlı danışıqlara başlaya bilər

Müsavat seçkilərlə bağlı danışıqlara başlaya bilər

Образование

10 Fevral 2014, 12:19

“Müsavat Partiyası bələdiyyə və parlament seçkiləri ilə bağlı Milli Şuraya daxil olmayan partiyalarla danışıqlara başlaya bilər. Bunun nə zaman olacağı isə hələ ki bəlli deyil”.

Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O, mətbuatda Müsavat Partiyasının danışıqlara başlaması ilə bağlı yanlış məlumatların getdiyini bildirib: “Partiyanın ötən həftə danışıqlara başlaması ilə bağlı məlumatlar yanlışdır. Hələ danışıqların vaxtı məlum deyil”.

G.Aslanlı Müsavata seçkilərlə bağlı siyasi partiyalardan təkliflərin gəlməsindən məlumatsız olduğunu qeyd edib.

İlkin Pirəli

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı