Modern.az

“Qarşıma məqsəd qoymuşam ki, İsa Qəmbərdən sonra başqan olum”-AÇIQLAMA

 “Qarşıma məqsəd qoymuşam ki, İsa Qəmbərdən sonra başqan olum”-AÇIQLAMA

Təhsil

4 Mart 2014, 11:47

“Müsavat üzərinə düşən bütün işləri görüb. İndi Bakı Şəhər İcra Hakimiyyətindən cavab gözləyirik. Bu da hakimiyyətin siyasi qərarından asılıdır. Rəsmi şəkildə kimsə başqanlığa namizədliyini irəli sürməyib. Çünki yer ayrılmayıb. Amma bəziləri, artıq mətbuat vasitəsilə namizəd olacaqlarını qeyd ediblər”.  

Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, namizədlər arasında rəqabətin olması normal haldır: “Siyasətdə həmişə rəqabət var. Müsavatdakı namizədlər arasında da rəqabət mövcuddur. Təbii ki, bu partiyanın nizamnaməsi ilə həyata keçirilməlidir, etik normaları aşmamalıdır. Bu günə qədər Müsavat Partiyasında bu məsələdə problem olmayıb”.

T.Abbaslı başqanlığa iddialı olduğunu qeyd edib: “Qarşıma məqsəd qoymuşam ki, başqan olum. Hazırda başqanlığa iddialıların bir çoxları müavinlərdir. İnanmıram ki, həmin şəxslər müavin olmaq üçün başqanlıq seçkisində iştirak edirlər. Həm də indidən demək olmaz ki, növbəti başqan bu namizədlər arasından özünə müavin təyin edəcək. Yəni, yeni başqan bütün namizədləri müavinmi edəcək? Belə bir şey yoxdur. Yenə də hər namizədin öz fikri ola bilər”.

 

Qeyd edək ki, Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi planlaşdırır.

 

İlkin PİRƏLİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı