Modern.az

“Magistr”ın 3-cü sayı nəşr olundu

“Magistr”ın 3-cü sayı nəşr olundu

Təhsil

17 Mart 2014, 10:21


Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub.

Qeyd edək ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi martın 2-də keçirilib və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanılıb. İmtahanda iştirak etmək üçün 24560 bakalavr qeydiyyatdan keçib. Onlardan 1505 nəfər imtahana gəlməyib, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 23047 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə 97 bal olub. I mərhələnin nəticələrinə görə, 10527 bakalavr proqram seçimində və imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Misranə Həsənzadə

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı