Modern.az

Murad Dadaşovun obyektini qarət etdilər

Murad Dadaşovun obyektini qarət etdilər

Education

29 Mart 2014, 10:22

Azərbaycanın tanınmış şoumeni, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun obyekti qarət olunub.

Modern.az saytı milli.az-a istinadən xəbər verir ki, M.Dadaşovun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən “Côte d`Azur” mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb.

Mağazanın əməkdaşları və polis içəri daxil olmağa icazə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil.

***

Murad Dadaşov mağazasının qarət olunması barədə yayılan xəbərlərə münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, məlumat yalandır: “Yalan söhbətdir. Nə mağaza?”

Mağazanın qarət olunmasını sübut edən fotoların da artıq mətbuatda yayıldığı bir vaxtda M. Dadaşovun xəbəri təkzib etməsi maraq doğurur.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı