Modern.az

Elmar Məmmədyarov: “İlham Əliyev Praqaya gedəcək”

Elmar Məmmədyarov: “İlham Əliyev Praqaya gedəcək”

تحصیلات

23 Aprel 2014, 11:11


Xarici işlər naziri Elmar Məmmədyarov ispaniyalı həmkarı  Xose Manuel Qarsiya Marqallo ilə birgə keçirdiyi mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, E. Məmmədyarov jurnalistlərin suallarını cavablandırarkən, prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının Praqa sammitində iştirak edəcəyini bildirib. Nazir Moskvada keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini də qeyd edib.    

 

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramımın 5-ci ildönümü ilə bağlısammit aprelin 24-25-də  Çexiyanın paytaxtı Praqada olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı