Modern.az

Poroşenko Timoşenko ilə debatdan imtinasının səbəbini açıqladı

Poroşenko Timoşenko ilə debatdan imtinasının səbəbini açıqladı

Təhsil

24 May 2014, 14:11

Ukrayna prezidentliyinə namizəd, Ali Radanın deputatı Pyotr Poroşenko “Batkivşina” partiyasının lideri, keçmiş baş nazir, prezidentliyə digər iddialı Yuliya Timoşenko ilə debatdan imtinasının səbəbini mübahisə etməyi arzulamaması ilə izah edib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o bunu ICTV-yə açıqlamasında deyib: “Mən istənilən diskussiyaya hazıram. Birincisi, düşünmürəm ki, bu studiyada çox korrekt şəkildə başqasını xatırlamaq istəmirəm. İkincisi, ölkə müharibə vəziyyətindədir, insanlar ciddi şəkildə qeyd edirlər ki, Ukraynaya həmrəylik lazımdır. Əgər biz indi öz aramızda mübahisə etsək, bu bizim düşmənlərimizim xeyrinə olacaq”.

Onun sözlərinə görə, tarix göstərir ki, Ukraynanın daxilindəki mübahisələr həmişə ölkənin mənafeyinə ziyan gətirib. Poroşenkonun fikrincə, əgər belə mübahisələr olmasaydı, Ukrayna xalqı daha yaxşı yaşayar və Avropa İttifaqının ən uğurlu ölkəsindən biri olardı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı