
Daxili İşlər Nazirliyi azyaşlı qızın ölümü ilə bağlı nəticələnmiş hadisə barədə məlumat yayıb. Məlimatda bildirilir ki, mayın 23-də saat 13 radələrində Qobustan rayonu Çalov kəndinin ərazisində yerləşən “Qobuland” istirahət mərkəzində Bakı şəhər sakini Aytən Əzizova idarə etdiyi qolf oyunu üçün nəzərdə tutulmuş avtomobili aşırıb.
Hadisə vaxtı A.Əzizovanın yanında olan orta məktəb şagirdləri, 10 yaşlı Dəniz Qorçu hadisə yerində ölüb, özü və 11 yaşlı Ayla Hacızadə, 10 yaşlı Dinara Mustafayeva xəsarət alıblar. Onları xəstəxanaya yerləşdiriblər.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.