ABŞ prezidenti Barak Obama İŞİD-in (hazırkıə adı “İslam Dövləti”) daha bir amerikalı jurnalist Stivin Sottlopun başını kəsməsinə reaksiya verib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Barak Obama İraqdakı ABŞ səfirliyinin əməkdaşlarının təhlükəsizliyini qorumaq məqsədi ilə bu ölkəyə 350 hərbçi göndərəcək. Məlumatı Ağ Ev yayıb.
Məlumata görə Obama İŞİD-i Bağdaddakı diplomatları üçün təhlükə saydığından İraqa yeni hərbi kontingent göndərmək haqqında təlimat verib.Modern.az