Modern.az

Səlim Müslümovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Səlim Müslümovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Təhsil

18 Sentyabr 2014, 15:21

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Gəncə şəhərində keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 26-dan sentyabrın 29-na keçirilib. S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər  rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyinİctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 265-11-81 (Gəncə şəhər ƏSMM), (022)  205-42-43 (Göygöl rayon ƏSMM), (022) 275-10-12 (Samux rayon ƏSMM), (022) 215-30-40 (Daşkəsən rayon ƏSMM), (022) 236-21-33 (Tərtər rayon ƏSMM), (022) 257-48-94 (Kəlbəcər rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaqdır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı