Modern.az

"“Akkord”un heç kimlə məhkəməlik işi yoxdur” - Şirkətdən AÇIQLAMA

"“Akkord”un heç kimlə məhkəməlik işi yoxdur” - Şirkətdən AÇIQLAMA

Təhsil

22 Sentyabr 2014, 18:12

“Akkord Korporasiyasının öz  müştəriləri ilə heç bir problemi, məhkəməlik işi də yoxdur”.
Bunu Modern.az-a açıqlamasında “Akkord Sənaye Tikinti Koorparasiyası” ASC-nin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyeva mənsub olduğu şirkət haqqında mətbuatda yer alan informasiyalara münasibət bildirərkən söyləyib.

“Mətbuatda yer alan, mənşəyi məlum olmayan məlumatların yayılmasında məqsəd anlaşılmazdır. Bunun hardan qaynaqlandığı isə bizə məlum deyil. Çox təəssüf edirik ki, məlumat dəqiqləşdirilmədən ən azı 15 sayt, informasiya agentliyində yer alıb. Eyni formada, sorğu aparılmadan, izahat istənilmədən, biz tərəfdən münasibət bildirilmədən yayılıb. Yeganə olaraq siz - Modern.az 15 agentlik tərəfindən yayılmış məlumatı dəqiqləşdirmək üçün bizə müraciət etdiniz. Bunun üçün də sizə təşəkkür edirəm”.

Qeyd edək ki, mətbuatda şirkətin yüzlərlə insanı aldatdığına dair məlumatlar yer alıb. “Akkord”a qarşı məhkəmə iddiaları qaldırıldığı iddia edilib.


Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı