Modern.az

Şimali Koreya liderinin ev dustağı edildiyi xəbəri yayıldı

Şimali Koreya liderinin ev dustağı edildiyi xəbəri yayıldı

Təhsil

9 Oktyabr 2014, 13:31


Şimali Koreyanın lideri Kim Çen Inın taleyi ilə bağlı Qərb KİV-lərində müxtəlif məlumatların yayılması davam edir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “New York Daily News”in yazdığına görə, Koreya Xalq Demokratik Respublikasında hakimiyyət gizli şəkildə Kim Çen Inın bacısı Kim E Çjona keçə bilər.

O da qardaşı kimi İsveç məktəbində təhsil alıb. Şimali Koreya liderinin bacısı buna qədər də hökumətdə müxtəlif vəzifələrdə çalışıb. Bununla yanaşı,  “Daily Mail” yazır ki, Kim Çen In özü ev dustaqlığında ola bilər.

Ekspertlər də xatırladırlar ki, bu, KXDR tarixində ölkənin liderinin kütlə qarşısından yoxa çıxması ilə bağlı ilk fakt deyil. 1990-cı illərdə indiki liderin atası Kim Çen İrla da bağlı belə bir hadisə baş verib.  

Qeyd edək ki, bundan əvvəl sentyabrın ortalarında hər iki topuğundan əməliyyat olunan Kim Çen Inın hospitalda olduğu bildirilib.

Ancaq KXDR-in BMT-dəki insan haqları üzrə nümayəndəsi Co Ce Pen bu xəbəri təkzib edib. Analitiklər isə qeyd ediblər ki, Kim Çen In Pxenyandakı qeyri-sabit vəziyyətə görə cəmiyyətdə görünməkdən müvəqqəti özünü təcrid edə bilər.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı