Modern.az

Qorbaçov: “Yanukoviç özünü siyasətçi kimi yox edib”

Qorbaçov: “Yanukoviç özünü siyasətçi kimi yox edib”

Təhsil

21 Fevral 2015, 21:45

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov bəyan edib ki, Ukraynanın keçmiş dövlət başçısı Viktor Yanukoviç siyasətçi kimi özünü yox edib: “Bu cür işlər olanda biz, demokratlar, deyirik:  “İnsanlar necə həll edəcəklər?” Ancaq mən düşünürəm ki, o, artıq özünü məhv edib”

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Qorbaçov Yanukoviçin müsbət fikirlərini isə dəstəklədiyini deyib.

Yanukoviç fevralın 21-də Ukrayna vətəndaşlarını hakimiyyətin özbaşınalıqlarından xilas edəcəyini bəyan edib. Bundan başqa, o, vətəninə qayıdıb etiraz hərəkatına rəhbərlik etmək niyyətində olduğunu da vurğulayıb. Buna cavab olaraq prezident Pyotr Poroşenko deyib ki, Yanukoviçi vətənində səbirsizliklə gözləyirlər.

Ötən il fevralın 21-dən 22-nə keçən gecə uzun müddət davam edən etiraz aksiyaları nəticəsində Ukraynadan qaçıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı