Modern.az

87 yaşlı akademik Bakıda vəfat etdi

 87 yaşlı akademik Bakıda vəfat etdi

Təhsil

10 Mart 2015, 16:05


Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar memar, “Şöhrət” ordenli, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü, akademik Şamil Fətullayev-Fiqarov martın 9-da ömrünün 87-ci ilində vəfat edib.

Modern.az xəbər verir ki, akademik Şamil Fətullayev-Fiqarov 1928-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib, 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını alıb.

Akademik 150-dən artıq elmi əsərin müəllifidir. Onlardan “XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı”, “XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı”, “Azərbaycan məscidləri”, “İran şəhərləri Qacarlar dövründə”, “Bakının Memarlıq ensiklopediyası”, “Abşeron memarlığı”, “Memar-Məşədi Mirzə Qafar İzmaylov” və s. Monoqrafiyaları Bakının memarlıq tarixini öyrənmək üçün əsas mənbələrdir.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı