“Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi məsələsi Xarici İşlər Nazirliyi və müvafiq səfirliklərimiz tərəfindən araşdırılacaq və zəruri addımlar atılacaq”.
Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev dünya ulduzlarından sayılan rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri edəcəyi ilə bağlı Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərə münasibət bildirərkən deyib.Ermənistan mətbuatının yaydığı məlumata görə, konsert aprelin 24-də qondarma “erməni soyqırımının 100 illiyi” münasibətilə Şuşada keçiriləcək.
Namidə BİNGÖL