Modern.az

Deputatın komandasından möhtəşəm qələbə: 2 qızıl, 1 gümüş

Deputatın komandasından möhtəşəm qələbə: 2 qızıl, 1 gümüş

Təhsil

21 Mart 2015, 21:46


Bu gün Türkiyədə karate üzrə 50-ci Avropa Çempionatının final görüşləri keçirilib.

Modern.az saytı xəbər verir ki, finalda Azərbaycanın tanınmış idmançıları - Ayhan Mamayev, Rafael Ağayev və Niyazi Əliyev birincilik uğrunda mübarizə aparıblar.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev Modern.az saytına bildirib ki, Rafael Ağayev və Niyazi Əliyev finalda rəqiblərinə qalib gələrək birinclik əldə ediblər. Ayhan Mamayev isə gümüş medal qazanıb.

Qızıl medal qazanan hər iki idmançı barədə danışan deputat qeyd edib ki, Azərbaycan bu çempionatda ən yükcək göstərici əldə edən ölkələr sırasındadır: “Hətta bizim idmançılar qardaş Türkiyəni də geridə qoydular və Azərbaycana 2 qızıl medalla dönəcəklər. Çempionatda uğurlarımız bununla bitmir. Ayhan Mamayev gümüş medal qazanıb. Bu, bizi çox sevindirdi. Ancaq idmançılarımızdan bu qələbəni gözləyirdik. Çünki onların hər biri dünya səviyyəli idmançılardır”.

Ülvi Quliyev bildirib ki, Azərbaycanın bayrağını daim yüksəklərə qaldıran, Azərbaycanın adını ucaldan idmançılarla fəxr edirlər: “Əminik ki, idmançılarımız bundan sonrakı yaışlarda da ölkəmizi şərəflə təmsil edəcəklər. Yeni uğurlar qazanacaqlar”.

Qeyd edək ki, sabah komanda yarışları davam edəcək.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı