Modern.az

Mingəçevirdə GƏRGİNLİK: küçəyə silahlı polislər çıxarıldı, həbs edilənlər var

Mingəçevirdə GƏRGİNLİK: küçəyə silahlı polislər çıxarıldı, həbs edilənlər var

Təhsil

22 Avqust 2015, 13:45

Bəhruz Hacıyev dəfn ediləndən sonra yaxınları etiraz aksiyası keçirmək istəyirlər.

Mərhumun atası mane olmaq istəsə də onlar aksiyaya israr edirlər. Bəhruz Hacıyev dəfnindən sonra səs bombası ilə silahlanan polislə aksiyaçılar arasında toqquşma olub. Döyülənlər, həbs edilənlər var.  

Avqustun 20-də Mingəçevir polis idarəsində intihar etdiyi bildirilən 27 yaşlı Bəhruz Hacıyev dəfn olunub. 

Mərhumun valideynləri isə övladlarının polis idarəsində işgəncə ilə öldürüldüyünü iddia edir.

Hüquq-mühafizə orqanlarından oğlanlarının qatillərini tapmağı tələb edir.  Bəhruz Hacıyevin bədənində «dubinka» və elektroşok izləri olub.

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı