24 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Deputatdan Meriyaya ciddi İTTİHAM - Parkinqlərdə yığılan qanunsuz pullar kimlərin cibinə AXIR?..  
Deputatdan Meriyaya ciddi İTTİHAM - Parkinqlərdə yığılan qanunsuz pullar kimlərin cibinə AXIR?..  
20.09.2018, 14:55

Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib.


Hazırda Bakının bir çox yerlərdində parkinq üçün nəzərdə tutulan ödəniş terminalları işləmir. Əvəzində özünü Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən, əlində xüsusi səyyar aparat olan şəxslər avtomobilini park etmək istəyən sürücülərin başının üstünü kəsdirib 1 saat üçün ən azı 50 qəpik, yada 1 manat ödəniş tələb edirlər. Əgər 1 manat ödəniş edib avtomobili 2 saat ərzində müəyyən olunan yerdə saxlayıbsınızsa, əlavə olaraq 1 manat da ödəməlisiniz.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin əməkdaşı Mais Ağayev sözügedən şəxslərin BNA-nın əməkdaşı olmadığını bildirib:


“Hazırda Bakı Nəqliyyat Agentliyilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir. Parkinqlərə nəzarət bizə verilsə də, təhvil-təslim prosesi yekunlaşmadığından hələlik tam olaraq, BNA-nın balansında deyil”.

 

BNA rəsmisi sürücülərdən parkinq haqqı alan şəxslərin hansı qurumun əməkdaşı olduqlarını bilmədiyini vurğulayıb və bunun qanusnuz olduğunu diqqətə çatdırıb.

 

“İndiki halda parkinq üçün ödəniş tələb edilməsi qanunaziddir”

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a deyib ki, təhvil-təslim işlərinin aparıldığı bir vaxtda vətəndaşlardan ödəniş tələb edilməsi tam qanunsuzdur:


“İllərdir bu sahədə xeyli qanunsuzluq, özbaşınalıq, nəzarətsizlik hökm sürür. Düşünürəm ki, səlahiyyətlərin Bakı Nəqliyyat Agentliyinə verilməsilə nəzarət mexanizminin gücləndirilməsi nəzərdə tutulub. Ümumilikdə parkinq məsələsində yaranan problemlər təktərəfli deyil. Bəzi sürücülər tərəfindən avtomobillərin parkinq üçün müəyyən olunan və olunmayan yerlərdə saxlanılmasının gediş-gəlişə maneə yaratması halları da müşahidə edilir. Mən səlahiyyətlərin Bakı Nəqliyyat Agentliyinə verilməsi məsələsilə bağlı kiçik araşdırma apardım. Belə məlum oldu ki, bu cür qaydalara nəzarət etmək də BNA-ya verilir. Mən düşünürəm ki, yol polislərinin intizamsız sürücülərlə çox çətin şəraitdə bacardıqları bir vaxtda, hansı ki, maşınların dayanma, durma qaydalarının pozulması halları artıb, mülki qurumun əməkdaşları üçün bunun öhdəsindən gəlmək daha da çətin olacaq. Hesab edirəm ki, məsələ hərtərəfli araşdırılmalıdır. Burada söhbət səlahiyyətlərin hansı quruma verilməsindən asılı olmayaraq, ayrı-ayrı vətəndaşların hərəkətin intensivliyinə maneə yaratması hallarının aradan qaldırılmasından gedir. Bu gün binaların həyətində, girəcəyində, iki binanın arasında maşınların ikitərəfli şəkildə saxlanılmasından insanlar əziyyət çəkir, əsəb və sarsıntı keçirirlər. Ümumiyyətlə, bir qurumun məktəblərin, bağçaların, binaların giriş-çıxışında bu cür qanunsuz və  səliqəsiz parklamalara nəzarətin öhdəsindən gələ biləcəyinə məndə şübhə var”.

 

Parkinqlərdə ödəniş məbləğini kim müəyyən edir?

 


Ç.Qənizadə parkinqlərdə ödənişlərin məbləğinin müəyyən olunmasının mübahisə doğurduğunu qeyd edib:

“Burada qaydalar dəyişdirilməlidir. “8-ci kilometr”də parkinqin qiymətilə Hökumət evinin, Prezident Adminstrasiyasının yaxınlığındakı, Bakının mərkəzindəki parkinqlərdə ödənişlər eyni ola bilməz. Mən demirəm bahalıq olmalıdır. Kim harada, ürəyi hansı məbləği istəyir onu da oxuyur. İndiki maksimum qiymətlər endirilməlidir. Qiymətlərə yenidən baxılmalıdır. Parlamentdə bir neçə dəfə yeraltı dayanacaqlarda parkinq qiymətlərinin yüksək olması məsələsini də qaldırmışdım. Məsələn, aylıq 400-500 manat maaş alan bir gənc hər gün maşını parkinqdə saxladıqda aya ən azı 150 manat ödəniş etməlidir. Hətta avtomobilini parkinqdə 6 saatdan çox saxlayanlar daha çox ödəniş edirlər. Bir şəxsin ayda 150-200 manat parkinqə pul ödəməsi yolverilməzdir. Ən azı bu insanlara güzəştlər tətbiq olunmalıdır. Ümumiyyətlə düşünürəm ki, bu məsələ sırf məmurlar arasında deyil, həm də ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə edilməlidir”.

 

“İcra Hakimiyyətinin əməkdaşları ciblərini doldurur”

 

Hüquqşünas qeyd edib ki, təhvil-təslim prosesində Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının parkinq ödənişi tələb etməsi qanunaziddir:

“Bakı Nəqliyyat Agentliyi təhvil-təslim prosesinin getdiyini açıqlayıbsa, Bakı Şəhər İcra Hakimiyyətinin hansısa əməkdaşının parkinq üçün ödəniş tələb etməsi tam qanunsuzdur və özfəaliyyətdir. O zaman belə çıxır ki, İcra Hakimiyyəti əməkdaşlarının arxasında yenə də kimlərsə durur və yaranmış şəraitdən istifadə edərək öz ciblərini doldurmaqla məşğldurlar. Aidiyyatı qurumlar seyrçi olamqdansa, bunun qarşısını almağa borcludurlar”.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yığmamız heç-heçəyə razılaşdı
24.10.2018, 01:00

Yığmamız heç-heçəyə razılaşdı

Azərbaycan idmançısı gümüş medal qazandı
24.10.2018, 00:45

Azərbaycan idmançısı gümüş medal qazandı

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü
24.10.2018, 00:28

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp
24.10.2018, 00:13

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov
23.10.2018, 23:58

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi
23.10.2018, 23:39

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi

Azərbaycan nefti ucuzlaşıb
23.10.2018, 23:19

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib
23.10.2018, 23:07

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO
23.10.2018, 22:52

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi
23.10.2018, 22:37

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış
23.10.2018, 22:21

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış

Qarabağda erməni əsgəri yaralandı
23.10.2018, 22:08

Qarabağda erməni əsgəri yaralandı

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO
23.10.2018, 21:51

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  
23.10.2018, 21:37

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü
23.10.2018, 21:36

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı
23.10.2018, 21:21

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi
23.10.2018, 21:07

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi

Paşinyan baş nazirliyə yeganə namizəd oldu
23.10.2018, 20:55

Paşinyan baş nazirliyə yeganə namizəd oldu

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı
23.10.2018, 20:41

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO
23.10.2018, 20:29

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO

Azərbaycan Fransaya NOTA verdi
23.10.2018, 20:18

Azərbaycan Fransaya NOTA verdi

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq
23.10.2018, 20:04

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Putin Trampa Parisdə görüşməyi təklif etdi
23.10.2018, 20:00

Putin Trampa Parisdə görüşməyi təklif etdi

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
23.10.2018, 19:52

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Nəcməddin Sadıkov Libermanla görüşüb
23.10.2018, 19:43

Nəcməddin Sadıkov Libermanla görüşüb

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO
23.10.2018, 19:34

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi
23.10.2018, 19:25

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq
23.10.2018, 19:16

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü
23.10.2018, 19:06

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO
23.10.2018, 18:57

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO

Sabah Bakının bir hissəsi qazsız qalacaq
23.10.2018, 18:48

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü
23.10.2018, 18:40

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

Prezident yeni qanun imzaladı
23.10.2018, 18:32

Prezident yeni qanun imzaladı

XİN rəhbəri Laaneti qəbul edib
23.10.2018, 18:25

XİN rəhbəri Laaneti qəbul edib

Baş nazirin maşını maralla toqquşdu
23.10.2018, 18:17

Baş nazirin maşını maralla toqquşdu

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı
23.10.2018, 18:10

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi
23.10.2018, 18:01

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı
23.10.2018, 17:55

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR
23.10.2018, 17:47

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR

Bakının bu əraziləri susuz qalacaq
23.10.2018, 17:40

Bakının bu əraziləri susuz qalacaq

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR
23.10.2018, 17:32

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ
23.10.2018, 17:23

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
23.10.2018, 17:17

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib

“Azercell” əməkdaşlıq memorandumu imzaladı
23.10.2018, 17:10

“Azercell” əməkdaşlıq memorandumu imzaladı

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ
23.10.2018, 17:04

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
23.10.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur
23.10.2018, 16:58

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər
23.10.2018, 16:57

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

Yaddan çıxmaz Qarabağ! - VİDEO
23.10.2018, 16:51

Yaddan çıxmaz Qarabağ! - VİDEO

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
23.10.2018, 16:33

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

ARXİV