Modern.az

Ermənistanda parlament buraxılır - Növbədənkənar seçkilərin tarixi DƏQİQLƏŞDİ

Ermənistanda parlament buraxılır - Növbədənkənar seçkilərin tarixi DƏQİQLƏŞDİ

1 Noyabr 2018, 16:09

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkədə növbədənkənar prezident seçkilərinin dekabrın 9-da keçiriləcəyini bildirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, parlamentdə jurnalistlərin suallarını cavablandırarkən belə deyib.


“Seçkilər “Mülki müqavilə” ilə, yaxud digər siyasi partiyanın istəyilə deyil, xalqın iradəsi ilə keçirilir".


Bununla yanaşı, o, seçkilərin yeni Seçki Məcəlləsinə uyğun keçirilməməsindən narahatlığını da ifadə edib. 

Xatırladaq ki, Ermənistan parlamenti 2-ci dəfə ölkəyə baş nazir təyin etmək üçün bu gün toplaşıb. Amma yeganə namizəd Nikol Paşinyana bircə səs də verilmədiyi üçün parlament avtombik olaraq buraxılacaq.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?