Modern.az

Ukrayna Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır

Ukrayna Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır

Aktual

14 Yanvar 2022, 13:29

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib. Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

 

Modern.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub.

 

Onun sözlərinə görə, 2019-cu ildə bu göstərici 807 milyon 610 min dollar olub:

 

“Pandemiya rəğmən iki ölkə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə cüzi azalıb. Son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2,3 dəfə artıb. 2016-cı ildə ölkələr arasında idxal və ixrac cəmi 331 milyon 215 min dollar olub”.

 

Deputat bildirib ki, Ukrayna son illər qardaş Türkiyə ilə də iqtisadi əlaqələri gücləndirib:

 

“Belə ki, Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 50 faiz artaraq 5 milyard dollara çatıb. İllik dövriyyə artıq 6 milyard dollara yaxınlaşmaqdadır. Tərəflər yaxın illər üçün illik 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfləyirlər”.

 

V.Bayramov qeyd edib ki, Azərbaycan və Ukrayna eyni zamanda Avropa Birliyinin Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edirlər:

 

“Hər iki ölkə ərazi bütövlüyünü qarşılıqlı olaraq hər zaman tanıyaraq strateji əməkdaşlıq tarixinə malikdirlər. Tərəflər arasındakı iqtisadi əməkdaşlığın növbəti illərdə daha da güclənəcəyi gözlənilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?